Əsas Səhifə > Hadisə > Ermənistan baş nazirindən növbəti həyasızlıq: Qarabağda 200 hektarlıq nar bağı planı..
Ermənistan baş nazirindən növbəti həyasızlıq: Qarabağda 200 hektarlıq nar bağı planı..21-08-2017, 10:10 |
![]() şğalçı Ermənistanın həyasız davranışları artıq özünün pik həddinə çatıb. Bunu Ermənistanın baş naziri Karen Karapetyanın Qarabağa səfəri və buradakı özbaşınalıqları da təsdiqləyir. Faktiki olaraq Ermənistan Azərbaycanı savaşa çəkir. Rubrika.az Musavat.com-a istinadən vaxtaşırı Ermənistanın baş nazirinin Azərbaycan ərazisindəki həyaslıqları barədə oxucularını məlumatlandırır. Azərbaycanın rəsmi qurumlarının reaksiyasını görmədikcə erməni məmur daha da azğınlaşır. Kəlbəcərdə su zavodunun təməlini qoyan, Ağdərədəki su anbarında kater sürən, Talış kəndinə gəlib burdakı tikinti işlərinə baxış keçirən Karapetyan indi də başqa bir sövdaya düşüb. Belə ki, o, Qarabağdakı nar plantasiyasına baxış keçirəndən sonar vəyan edib ki, ailəsi ilə birlikdə “Qarabağın sərhədyanı zonasında” 200 hektar ərazidə nar bağı salmağı planlaşdırır. Bununla bağlı Dağlıq Qarabağdakı oyuncaq rejimin “baş nazirinin mətbuat katibi” Artak Beqlaryan özünün feysbuk səhifəsində yazıb. Sözsüz ki, erməni baş nazir bununla bölgədəki azsaylı erməni əhalini, həmçinin postları qoyub qaçan erməni əsgərləri sakitləşdirməyə çalışır. Ancaq istənilən halda Karapetyanın bu davranışlarına tutarlıq cavab verilməlidir. Rubrika.az Geri qayıt |