Əsas Səhifə > Hadisə > Bakıda çağırışa gedən təcilli yardım həkimini döydülər

Bakıda çağırışa gedən təcilli yardım həkimini döydülər


18-08-2017, 17:18
Bakıda çağırışa gedən təcilli yardım həkimini döydülər

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

Rubrika.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb.

Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.

Həkim polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt