Əsas Səhifə > Hadisə > Azərbaycanda camış bir qadını öldürdü, digərini yaraladı - YENİLƏNİB - VİDEO

Azərbaycanda camış bir qadını öldürdü, digərini yaraladı - YENİLƏNİB - VİDEO


19-08-2017, 15:57
Azərbaycanda camış bir qadını öldürdü, digərini yaraladı - YENİLƏNİB - VİDEO

15:52

Tovuzda kəl bir qadını öldürüb, digərinə xəsarət yetirib.


Hadisə rayonun Sarıtala inzibati ərazi dairəsinə aid olan Çobansıxnax kəndində baş verib.

Kənddə camış fermasında çalışan 49 yaşlı Məryəm Paşayevaya erkək camış hücum edib. Bu zaman Məryəm Paşayevanın qohumu 60 yaşı Gədəbəy sakini Maniə Quliyeva kəli ayırmaq istəyib.

Ancaq kəl buynuzu ilə onun boyun damarını partladıb və qadın hadisə yerində ölüb.

Tovuzda camış 1 qadını öldürdü

---------

12:57

Tovuz rayonunda camış bir qadını vuraraq öldürüb, digərini yaralayıb.

Hadisə rayonun Sarıtala kəndində qeydə alınıb.

Yaralı, 1968-ci il təvəllüdlü Məryəm Müslüm qızı Paşayeva ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

----------

09:26

Ağstafada camış qadına ağır xəsarət yetirib.

RUBRİKA.AZ APA-ya istinadən xəbər verir ki, rayonun Saloğlu qəsəbə sakini 1974-cü il təvəllüdlü Yaqut İbrahimova özlərinə məxsus təsərrüfatda camışları yerinə ötürmək istəyərkən heyvan ona hücum edib. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirlir.

RUBRİKA.AZ
Geri qayıt