Əsas Səhifə > Hadisə > Orta məktəbdə FACİƏ..

Orta məktəbdə FACİƏ..


21-08-2017, 11:12
Orta məktəbdə FACİƏ..

Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.

Rubrika.az Lent.az-a istinadən verdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Rubrika.az
Geri qayıt