Əsas Səhifə > Dünya > Madriddə etiraz başladı: Terrorizmə qarşı...

Madriddə etiraz başladı: Terrorizmə qarşı...


21-08-2017, 12:18

Madriddə etiraz başladı: Terrorizmə qarşı...

Avqustun 20-də yüzlərlə müsəlman İspaniyanın paytaxtı Madridin mərkəzində Barselonada və Kambrilsdə radikal islamçılar tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər.

Rubrika.az Lent.az-a istinadən xəbər verir ki, nümayiş “Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub.

Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, “Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, “Bizim adımızdan istifadə etməyin!”, “Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar.
Rubrika.az
Geri qayıt