Əsas Səhifə > Hadisə > Nazarbayev aeroportunda Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutuldu
Nazarbayev aeroportunda Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutuldu21-08-2017, 12:45 |
![]() Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın “Nursultan Nazarbayev” beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb. Rubrika.az virtualaz.org-a istinadən bildirir ki,əvvəlcədən daxil olmuş əməliyyat məlumatı sayəsində avqustun 19-da “İstanbul-Astana” reysi ilə uçan sərnişin, 1980-ci ildə anadan olmuş Azərbaycan vətəndaşının adına olan yük saxlanılıb. Axtarış zamanı yükün içərisindən 48 kiloqram ağırlığında, ümumi dəyəri 2 milyon dollardan yuxarı olan müxtəlif qızıl-zinət əşyaları tapılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir. Rubrika.az Geri qayıt |