Əsas Səhifə > Dünya > ABŞ-dan Rusiyaya sərt həmlə — Turist vizalarını ləğv etdi

ABŞ-dan Rusiyaya sərt həmlə — Turist vizalarını ləğv etdi


21-08-2017, 17:02
ABŞ-dan Rusiyaya sərt həmlə — Turist vizalarını ləğv etdi

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Rusiya 1 sentyabr tarixində amerikalı diplomatların sayını azaldacaq. Rəsmi Vaşinqton isə bu məsələyə cavab olaraq turis vizalarını təxirə salıb.

Rusiyadakı amerikalı diplomatların sayının azaldılması tələbinə ABŞ-ın cavabı gec amma çox sərt oldu ABŞ-ın Rusiyadakı səfirliyi 23 avqust tarixində etibarən Rusiyada turizm, müvəqqəti çalışma, təhsil və mübadilə proqramları kimi məqsədlərlə ABŞ-a müvəqqəti müddətə səfər məqsədi ilə verilən vizaların ləğv edildiyi bildirilib.

Açıqlamada rəsmi Vaşinqtonun qərarının cavab olduğu, 1 sentyabrdan viza prosedurunun davam edəcəyi amma bunun çox az insana şamil olacağı bildirilib. 1 sentyabr tarixindən ABŞ-ın Moskvadakı səfirliyi fəaliyyətini davam etdirəcək. Rusiyanın digər şəhərlərində yaşayan vətəndaşlar sadəcə bu səfirlik vasitəsilə viza üçün müraciət edə biləcəklər.

Rubrika.az
Geri qayıt