Əsas Səhifə > Hadisə > Bakı metrosunda inanılmaz hadisə: yuxulu olan maşinist qatarı saxlaya bilmədi...

Bakı metrosunda inanılmaz hadisə: yuxulu olan maşinist qatarı saxlaya bilmədi...


22-08-2017, 12:59
Bakı metrosunda inanılmaz hadisə: yuxulu olan maşinist qatarı saxlaya bilmədi...

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.

Rubrika.az Milli.Az-a istinadən xəbər verir kİ, bu barədə baku.ws-yə hadisə şahidləri məlumat veriblər.

"Avtovağzal" stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

"Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib", - deyə Nəsimi Paşayev bildirdi.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.
Rubrika.az
Geri qayıt