Əsas Səhifə > Hadisə > Azərbaycanda polkovnik fəciəvi şəkildə həlak oldu ....
Azərbaycanda polkovnik fəciəvi şəkildə həlak oldu ....22-08-2017, 15:06 |
![]() Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində "Mercedes” markalı minik avtomobili ilə "MAN” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində "Mercedes”in sürücüsü, Dövlət Gömrük Komitəsinin əməkdaşı, polkovnik-leytenant Kərimov Rafiq Baratəli oğlu həlak olub. Qəza zamanı xəsarət alan digər şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |