Əsas Səhifə > İdman > Güləşçimiz erməni idmançıya qalib gəldi

Güləşçimiz erməni idmançıya qalib gəldi


22-08-2017, 16:28
Güləşçimiz erməni idmançıya qalib gəldi

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Rubrika.az Trend-ə istinadən xəbər verir ki, ikinci yarış günündə 59 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov 1/16 finalda Belarus idmançısı Maksim Kazarskiyə 2:1 hesabı ilə qalib gəlib. 1/8 finalda moldovalı Viktor Çiobanudan da üstün olan təmsilçimiz (12:9) növbəti mərhələdə qırğızıstanlı Kanibek Jolçubekovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində yarışan idmançımız Elvin Mürsəliyev isə 1/16 finalda rusiyalı Roman Vlasovu, 1/8 finalda isə erməni əsilli Polşa təmsilçisi Edqar Babayanı məğlubiyyətə uğradıb - 8:0.

Növbəti mərhələdə E.Mürsəliyev mərakeşli Zied Aid Ouaqramla üz-üzə gələcək.

Rubrika.az
Geri qayıt