Əsas Səhifə > Hadisə > Dənizdə batan 25 yaşlı Kərimin FOTOları
Dənizdə batan 25 yaşlı Kərimin FOTOları22-08-2017, 17:43 |
|
Bakıda daha bir nəfər dənizdə batıb. Rubrika.az azxeber.com-a istinadən bildirir ki,hadisə Xəzər rayonu, Şüvəlan çimərliyində qeydə alınıb. 1992-ci il təvəllüdlü Kərim Həsənov dənizdə qohumlarını xilas etməyə çalışarkən batıb. Dünyasını dəyişən Kərim Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin məzunu imiş. O magistr təhsilini isə Memarlıq və İnşaat Universitetində alıb. Kərim həmçinin ictimai-siyasi fəaliyyətlə də məşğul imiş. Mərhum YAP Binəqədi rayon təşkilatının fəal üzvü və əməkdaşı imiş. Faktla bağlı araşdırma aparılır. Mərhumun fotoları təqdim edirik. Rubrika.az Geri qayıt |