Əsas Səhifə > Hadisə > Ukraynada azərbaycanlı minaya düşüb öldü....
Ukraynada azərbaycanlı minaya düşüb öldü....24-08-2017, 14:09 |
|
Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub. Luqansk vilayəti Azərbaycanlıları Konqresindən Rubrika.az-a verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcərrayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb. Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub. Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub. Xatırladaq ki, Bryankovsk rayonu separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətindədir. Rubrika.az Geri qayıt |