Əsas Səhifə > Dünya > Çeçenistanda millət vəkili qətlə yetirildi

Çeçenistanda millət vəkili qətlə yetirildi


25-08-2017, 17:15
Çeçenistanda millət vəkili qətlə yetirildi

Çeçenistanda parlamentin deputatı qətlə yetirilib.

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, deputat Maqomed Asxabov kənd təsərrüfatı kompleksi, torpaq münasibətləri, ekologiya və təbii ehtiyatlar komitəsinin sədri olub.

Çeçenistan hüquq-mühafizə orqanlarının xəbərinə əsasən deputatın avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Siyasətçi aldığı yaralardan keçinib.

Ölüm faktı barədə rəsmi təsdiqləmə yoxdur. Amma artıq Rusiya kommunist partiyasının sədri Asxabovun ölümü ilə bağlı başsağlığı verib.

Rubrika.Az
Geri qayıt