Əsas Səhifə > Araşdırma, Manşet > Qobustan sakini Fizuli Əlizadədən Prezidentə müraciət etdi - ŞİKAYƏT
Qobustan sakini Fizuli Əlizadədən Prezidentə müraciət etdi - ŞİKAYƏT26-08-2017, 11:47 |
![]() Redaksiyamıza Abşeron rayonu, Nübar qəsəbəsində yaşayan Bayramova Rəbiyyə tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik: Prezident Ilham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Birinci Vitse-Prezident xanım M.əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, Şamaxı rayon Prokurorluğuna Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan,hazırda Abşeron rayonu, Nübar qəsəbəsində yaşayan Bayramova Rəbiyyə tərəfindən Ə R İ Z Ə İkinci dəfə Sizə müraciət edirəm.Və xahiş edirəm ki, məşhur fermer hazırda Şamaxı rayonunda fəaliyyət göstərən Fizuli Əlizadədən mənə məxsus iri və xırdabuynuzlu mal-qaramın tezliklə mənə qaytarılmasında köməklik göstərəsiniz. Belə ki, 11 iyul 2017-ci il tarixində direktiv orqanlara etdiyim, həm internet, həm də poçtla göndərdiyim şikayət ərizəmə nədənsə bu günə kimi baxılmamış saxlanılmışdır. Təkcə Ombudsman Aparatı məslənin onlara aid olmadığı haqqında mənə rəsmi məktub göndərmişlər. Fizuli Əlizadədən verdiyim 15 baş xırdabuynuzlu, iki baş iribuynuzlu mal-qaramı dəflərlə tələb edəndə o bildirmişdir ki, get hara istəyirsən şikayət et. Mən get-gəldən yorulmuşam. Bu fermerin özbaşnalığı məni ümidsizləşdirir və çıxış yolu kimi cənab Prezidentə üz tutmağa sövq edir. Mən bu gün sabah dünyadan köçməliyəm. Oğullarımın iqtisadi vəziyyəti çox pisdir. Odur ki, heç olmasa kəfən pulumun və məni tanıyan insanlara kiçik ehsanın verilməsi üçün mənə məxsus əmlakımın geri qaytarılmasında köməklik göstərin. Köməklik göstərin ki, məni kimi sadə insanların əmlakını ələn keçirib mənimsəmiş Fizuli kimi fermerlər çoz harınlamasın, həddini bilsin.Demokratik dövlətdə yaşadığımızın fərqində olsun.Sağ olun. Rubrika.Az Geri qayıt |