Əsas Səhifə > Hadisə > Ata qızını axtarır - Əfsanədən 5 gündür xəbər yoxdur ..
Ata qızını axtarır - Əfsanədən 5 gündür xəbər yoxdur ..28-08-2017, 12:23 |
|
Sumqayıtda 22 yaşlı qız itkin düşüb. Rubrika.az İcmal.Az -a istinadən xəbər verir ki, atası ilə birgə Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada yaşayan Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur. Anası Əfsanəni Bələkdə olarkən atasına verib və evi tərk edib, o gündən Səfər Əsədov qızına həm ata olub, həm də ana. Fəhləliklə böyütdüyü qızı Əfsanə Əsədova isə 5 gündür atasının gözünü yolda qoyub. Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir. Məsələ ilə bağlı, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən məlumat verdilər ki. 22 yaşlı Əfsanə Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Rubrika.az Geri qayıt |