Əsas Səhifə > Hadisə > Qatar 19 yaşlı gəncin üstündən keçdi - Şəmkirdə FACİƏ...
Qatar 19 yaşlı gəncin üstündən keçdi - Şəmkirdə FACİƏ...29-08-2017, 12:56 |
|
Şəmkirdə sərnişin qatarı gənc oğlanı vuraraq öldürüb. Rubrika.az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax sərnişin qatarı rayonun Zəyəm kəndi ərazisində Sabirkənd kənd sakini, 1998-ci il təvəllüdlü Eyyubov Malik Duman oğlunu vurub. Gənc aldığı xəsarətdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Rubrika.az Geri qayıt |