Əsas Səhifə > İdman > Bakı Olimpiya Stadionu toy mərasimləri keçirməkdən imtina edib
Bakı Olimpiya Stadionu toy mərasimləri keçirməkdən imtina edib30-08-2017, 22:57 |
|
Bir müddət öncə idman yarışları ilə yanaşı, toy mərasimlərinin də keçiriləcəyi məkan olaraq gündəmə gələn Bakı Olimpiya Stadionunda intensiv işlər aparılır. Bu haqda Rubrika.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib. O qeyd edib ki, stadionda toy keçirilməsi üçün müraciətlər olsa belə, artıq qəbul edilmir: “Biz hazırda millimizin yarışlarına hazırlaşırıq. “Qarabağ” klubunun oyunları da burda keçiriləcək. Avropa liqası və Çempionlar liqasının finalının burda keçirilib-keçirilməyəcəyilə bağlı konkret cavab gözləyirik. Böyük planlarımız var, işlərimiz çoxdur”. Rubrika.az Geri qayıt |