Əsas Səhifə > İdman > Yığmamız dünya boksunun 6 nəhəngi sırasında...

Yığmamız dünya boksunun 6 nəhəngi sırasında...


30-08-2017, 21:36
Yığmamız dünya boksunun 6 nəhəngi sırasında...


Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatının 1/4 final mərhələsinin başa çatması ilə medal qazanacaq ölkələrin adlarına aydınlıq gəlib.

Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, yarımfinala yüksəlməklə, medallardan birini təmin edən idmançılar 20 ölkənin təmsilçiləridir.

Bu "20-lik"də Azərbaycan da yer alıb. Mundiala cəmi 4 idmançı ilə qatılan millimiz medal baxımından 50 faizlik nəticə göstərib. Yəni rinqə çıxan 4 nəfərdən ikisi - Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) dünya çempionatının mükafatını təmin edib. Komandamızın üzvlərindən Lorenzo Sotomayor (64 kq) və Pərviz Bağırov (69 kq) isə medal arzusu ilə erkən vidalaşıb.

Dünya çempionatında oynanılan 40 medaldan 2-sini - 5 faizini əldə edən Azərbaycan millisi mundialda 1-dən artıq mükafata yiyələnən 6 ölkədən biridi. Ən güclü "altılığ"a Kuba başçılıq edir. Ada ölkəsinin 7 boksçusu 1/4 final səddini keçib. Asiyalılar - Qazaxıstanla Özbəkistan hər biri 10 çəki dərəcəsindən 6-da fəxri kürsüyə qalxacaq. 4-cü pillədə qərarlaşan ABŞ millisi cəmi 3 yarımfinalçısı ilə öyünə bilər. Yığmamız isə Rusiya ilə birgə 5-ci yeri bölüşür.

Digər 14 ölkə, o cümlədən 10 idmançı ilə təmsil olunan ev sahibi Almaniya yalnız 1 medalla kifayətlənməli olacaq. Qonşu Türkiyə isə Hamburqda uğura həsrət qalıb.
Rubrika.az
Geri qayıt