Əsas Səhifə > Dünya > Ukraynada Saakaşvilinin tərəfdarları güllələnmə ilə hədələnir
Ukraynada Saakaşvilinin tərəfdarları güllələnmə ilə hədələnir30-08-2017, 22:05 |
![]() Ukrayna daxili işlər naziri Arsen Avakovun keçmiş məsləhətçisi İlya Kiva Polşadan Ukraynaya keçməyi planlaşdıran Mixail Saakaşvilini qarşılamağa gedəcək hər kəsi, o cümlədən Radanın deputatlarını güllələyəcəyini deyib. Rubrika.az modern.az-a istinadən xəbər verir ki, Kiva Saakaşvilini və onun tərəfdarlarını təxribatda ittiham edib. “Saakaşvilinin tərəfdarları böyük təxribat hazırlayır. Onlar “Mişka-Maydan” planı həyata keçirmək istəyir. Amma şərq cəhbəsində olduğu kimi satqınları yerindəcə güllələyəcəyik. Yuliya Timoşenkonu da, Sergey Leşenkonu da, Semen Semençenkonu və s.”. Qeyd edək ki, Mixail Saakaşvili sentyabrın 10-da Polşanın “Krakovets” sərhəd-keçid məntəqəsindən Ukraynaya daxil olmağı planlaşdırır./modern.az Rubrika.Az Geri qayıt |