Əsas Səhifə > Hadisə > Məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar...

Məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar...


5-09-2017, 11:06
Məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar...

Rubrika.az "Ölkə.Az-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində uroloq, professor Kamal Abdullayev və həyat yoldaşına qarşı quldurluq edən 4 nəfər tutulub. Saxlanılan şəxslər Anar Əmirli, Elməddin Musayev, Natiq Musayev və Bəhruz Hacızadədir.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, quldurluq hadisəsi bu il iyulun 29-da baş verib. Naməlum şəxslər K.Abdullayevin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evinə daxil olaraq məşhur uroloqun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar. Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.
Rubrika.az
Geri qayıt