Əsas Səhifə > Hadisə > Qazaxda dəhşət — 80 yaşlı kişi özünü yandırdı

Qazaxda dəhşət — 80 yaşlı kişi özünü yandırdı


9-09-2017, 16:30
Qazaxda dəhşət — 80 yaşlı kişi özünü yandırdı

Qazax rayonunda 80 yaşlı kişi özünü yandıraraq öldürüb.

Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə Qazax rayonlararası Ruhi Xəstəxanasında baş verib.

Belə ki, 20 gün əvvəl xəstəxanaya yerləşdirilən Ağstafa rayon sakini, 1937-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Hüseynov özünü yandırıb və ağır dərəcəli yanıq xəsarəti alıb. O, daha sonra aldığı xəsarətlərdən ölüb. Yaxınlarının bildirdiyinə görə, xəstəxanadan onlara yaşlı kişinin özü-özünü yandırdığını bildiriblər.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt