Əsas Səhifə > Maraqlı, Manşet > Vahid Ələkbərov “Lukoyl”un təxminən 1 milyardlıq səhmini aldı

Vahid Ələkbərov “Lukoyl”un təxminən 1 milyardlıq səhmini aldı


5-09-2017, 11:45
Vahid Ələkbərov “Lukoyl”un təxminən 1 milyardlıq səhmini aldı

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.

Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki bildirir ki, bu barədə “Vedomosti” şirkətə istinadən məlumat yayıb.

Beləliklə, V.Ələkbərovun “Lukoyl”da payı 2,429%-dən 2,464%-dək artıb.

Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz şirkətinin 22,96% , L.Fedun isə 9,78% səhmlərinin sahibidir.

Onu da xatırladaq ki, dünən Vahid Ələkbərovun bul il 693 mln. dollar itirdiyi barədə xəbər yayılmışdı. Bildirilirdi ki, hazırda onun sərvəti 11,3 mlrd. dollara bərabərdir.

Rubrika.az
Geri qayıt