Əsas Səhifə > Hadisə > Bakıda binada baş verən yanğına görə axtarışda olan iş adamı həbs edilib - məhkəmə işi...

Bakıda binada baş verən yanğına görə axtarışda olan iş adamı həbs edilib - məhkəmə işi...


5-09-2017, 12:50
Bakıda binada baş verən yanğına görə axtarışda olan iş adamı həbs edilib - məhkəmə işi...

Xətaidə 9 mərtəbəli yaşayış binasında baş verən yanğıma görə axtarışda olan və daha sonra həbs edilən şəxsin məhkəməsi başlayıb.

Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı axtarışda olan Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib.

Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Hadisə nəticəsində insan itkis baş verməyib. Xeyli sayda mənzil yararsız vəziyyətə düşüb.

Bu iş üzrə şirkətin rəhbəri kimi təqdim edilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs edilib.

Bu şəxslərin məhkəməsi davam edərkən Nüsrət Muxtarov həbsxanada ürək tutmasından dünyasını dəyişmişdi.

Həmin şəxslər binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurdular.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Fərid Sadıqov və Zaur Əşrəfov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılmışdılar.

Fərid Sadıqov həbsdə olarkən demişdi ki, TNH şirkətinin rəhbəri deyil. O, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirərək TNH şirkətinin gerçək rəhbərinin Məmməd Vəliyev olduğunu demişdi.

Həmin ərəfədə Məmməd Vəliyev ölkəni tərk etmişdi. Məhkəmə onun prosesə məcburi gətirilməsi ilə bağlı qərar da çıxarmışdı.

Məhkəməsi yeni başlayan Məmməd Vəliyevin vəkili Ceyhun Yusifov musavat.com-a deyib ki, təqsirləndirilən şəxs hadisə baş verərkən ölkədən qaçmayıb: "Məmməd Vəliyev yanğınla bağlı cinayət işi açılmamışdan 4 ay əvvəl iş üçün ölkədən gedib. Azərbaycana isə könüllü şəkildə qayıdıb. 2 ay əvvəl isə həbs edilib".
Rubrika.az
Geri qayıt