Əsas Səhifə > Hadisə > ​Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu - FOTO

​Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu - FOTO


5-09-2017, 15:08
​Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu - FOTO

NATO-nun Gürcüstanda keçirilən "Agile spirit 2017" təlimlərinin rəsmi loqosunda Ermənistan bayrağının əvəzinə Azərbaycan bayrağının görüntüsü əks olunub.

Rubrika.Az azvision.az-a istinadən xəbər verir ki, bu, Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İşğalçı ölkə rəsmiləri hesab edir ki, Ermənistan bayrağı qəsdən çıxarılıb, yerinə Azərbaycan bayrağı qoyulub.
Ermənistanın "Agile Spirit-2017" təlimlərində iştirakı gözlənilsə də, sonradan imtina edilib.
"Erməni hərbçilər təlimlərin rəsmi açılış mərasiminə gəlməyib və iştirak etməyiblər. Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindən indiyə kimi heç bir
açıqlama almamışıq", - Gürcüstanın Müdafiə Nazirliyinin ictimaiyyət və strateji kommunikasiya bölməsinin rəhbəri Nino Tolordava bildirib.
Qeyd edək ki, Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə "Agile Spirit 2017" hərbi təlimlər keçirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur.
ABŞ-ın dəniz piyadalarının da qatıldığı "Agile Spirit" təlimləri yeddinci dəfə keçirilir.

Rubrika.Az

Geri qayıt