Əsas Səhifə > Dünya > Texasda sel qurbanlarının sayı 60-a çatdı

Texasda sel qurbanlarının sayı 60-a çatdı


5-09-2017, 18:10
Texasda sel qurbanlarının sayı 60-a çatdı

ABŞ-ın Texas ştatını dağıdan qasırğanın yaratdığı faciədə ölü sayı 60-a çatıb.

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, sel sularına qapılanlar və kökündən qopan ağacın altında qalanlar faciənin qurbanlarıdır.

Bununla yanaşı qasırğa və selin təsirli olduğu ərazilərdə təcili yardım dəstələrinin bəzi xəstələrə tibbi müdaxilədə gecikdiyini, elektrik enerjisi kəsildiyi üçün oksigen balonlarının çalışmaması nəticəsində bəzi yaşlıların da həlak olduğu bildirilir.

Təbii fəlakət nəticəsində 100 minlərlə ev və avtomobil, körpü və yollar ziyana uğrayıb. On minlərlə yerli sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.

Rubrika.Az
Geri qayıt