Əsas Səhifə > İstisadiyyat > Neftin qiyməti maydan etibarən ilk dəfə 54 dolları ötüb...

Neftin qiyməti maydan etibarən ilk dəfə 54 dolları ötüb...


6-09-2017, 15:55
Neftin qiyməti maydan etibarən ilk dəfə 54 dolları ötüb...

Dünya birjalarında neft bahalaşıb.

Rubrika.az APA - ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar və ya 0,92% artaraq 49,11 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar və ya 1,44% artaraq 54,15 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti mayın 25-dən etibarən ilk dəfə 54 dolları ötüb.

"Qara qızıl"ın bahalaşdıran amilə gəlincə, buna səbəb ABŞ-da neftə olan tələbatın artması və OPEC+ tərəfindən hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılmasıdır.
Rubrika.az
Geri qayıt