Əsas Səhifə > Hadisə > Türkiyədə meşə yanğını baş verib, 40-a yaxın ev yanıb, yaralılar var

Türkiyədə meşə yanğını baş verib, 40-a yaxın ev yanıb, yaralılar var


8-09-2017, 13:30
Türkiyədə meşə yanğını baş verib, 40-a yaxın ev yanıb, yaralılar var


Türkiyənin Muğla şəhərində, Menteşe rayonunun Zeytinköy məhəlləsində meşə yanğını baş verib.

Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində 136 evdən 40-ı qismən yanıb, 9 ev isə tamamilə külə dönüb, bəzi məhəllə sakinləri müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Əraziyə xeyli sayda canlı qüvvə və texnika, xüsusilə 4 amfibiya təyyarəsi, 11 helikopter, 2 buldozer, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Evlərdəki qaz balonlarının partlaması və güclü külək yanğının nəzarət altına alınmasını çətinləşdirdiyi bildirilir.
Rubrika.az
Geri qayıt