Əsas Səhifə > Səhiyyə, Manşet > Nazirlik Tovuzdakı kütləvi zəhərlənmənin səbəbini açıqladı

Nazirlik Tovuzdakı kütləvi zəhərlənmənin səbəbini açıqladı


8-09-2017, 11:36
Nazirlik Tovuzdakı kütləvi zəhərlənmənin səbəbini açıqladı

Səhiyyə Nazirliyi Tovuzda baş verən kütləvi zəhərlənməyə aydınlıq gətirib.

Rubrika.az APA-ya itinadən bildirir ki, Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, hadisə ilə bağlı onlara məlumat verilib, fakt araşdırılır.

“Bütün qida məhsullarından nümunələr götürülüb və yoxlanılır. Hadisə nəticəsində 39 nəfər xəstəxanaya müraciət edib və onlardan 8-i uşaqdır. Lazımi tibbi yardımdan sonra onların hamısı evə buraxılıb. İlkin ehtimallara görə, zəhərlənməyə səbəb ev şəraitində hazırlanan yeməklər və salatlar olub".

Rubrika.Az
Geri qayıt