Əsas Səhifə > Müsahibə > Ramiz Həsənov benzinin keyfiyyəti haqda danışdı
Ramiz Həsənov benzinin keyfiyyəti haqda danışdı8-09-2017, 11:42 |
![]() "Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı elə də ciddi şikayətlər yoxdur". Rubrika.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. "Bilirsiniz ki, ölkəyə idxal edilən benzin avro standartlarına cavab verir. Ona görə də şikayətlər o qədər də çox deyil. Doğrudur, avro-4 və avro-5 standartlarına uyğun benzinlər köhnə maşınlara vurulanda problem yaradır. Amma bu sahədə də ciddi şikayətlər yoxdur", - o qeyd edib. Bununla belə, R.Həsənovun sözlərinə görə, benzinlə bağlı rəhbərlik etdiyi komitəyə ara-sıra daxil olan şikayətlər araşdırılır. Komitə sədri satışda olan saxta məktəbli geyimləri barədə də danışıb və deyib ki, buna qarşı mübarizə aparılır. Rubrika.Az Geri qayıt |