Əsas Səhifə > İdman > "Qurban Qurbanov dünyaya dərs verdi" – TÜRK MEDİASI

"Qurban Qurbanov dünyaya dərs verdi" – TÜRK MEDİASI


13-09-2017, 14:44
"Qurban Qurbanov dünyaya dərs verdi" – TÜRK MEDİASI


Türkiyənin “Yeni Şəfəq” qəzeti Qarabağın baş məşqçisi Qurban Qurbanovun “Çelsi” ilə oyundan sonrakı açıqlamasını dünyaya dərs kimi qiymətləndirib.

Qəzet “Qardaş baş məşqçidən Qarabağ dərsi” başlıqlı xəbərində Qurban Qurbanovun oyundan sonra keçirilən mətbuat konfransında “Yəqin ki, Qarabağın tarixini eşitmisiniz. Təəssüf ki, torpağımız işğal altındadır və bu, bizi daha da gücləndirir”, - deməsini diqqətə çatdırıb.
“Qarabağ”ın güclü rəqibinə məğlub olduğunu yazan qəzet klubun hazırkı şərtlər altında Çempionlar Liqasının qrup mərhələsinə qalmasının tarixi uğur olduğunu yazıb.

Rubrika.az
Geri qayıt