Əsas Səhifə > Hadisə > Tovuzda kütləvi dava: narkotik qəbul edən yeniyetmələr döyüldü

Tovuzda kütləvi dava: narkotik qəbul edən yeniyetmələr döyüldü


14-09-2017, 13:45
Tovuzda kütləvi dava: narkotik qəbul edən yeniyetmələr döyüldü

Tovuz rayonunda yeniyetmələr arasında kütləvi dava düşüb.

Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Qovlar kəndində baş verib. Bir qrup yeniyetmə arasında hələlik bilinməyən səbəbdən düşən dava zamanı 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov və onun həmyaşıdı, Elşad Vaqif oğlu Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsə həkimlər tərəfindən tibbi yardım göstərilib və yaralılar palataya yerləşdirilib. İlkin məlumatlara görə, mübahisə edən yeniyetmələr narkotik maddənin təsiri altında olublar. Yeniyetmələrin hələlik adı bilinməyən narkotik vasitə qəbul etdikləri xəstəxanada aparılan müayinələrdən sonra məlum olub.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt