Əsas Səhifə > Hadisə > Londonda dəhşətli terror aktı — Xeyli sayda yaralı var - YENİLƏNİR

Londonda dəhşətli terror aktı — Xeyli sayda yaralı var - YENİLƏNİR


15-09-2017, 12:37
Londonda dəhşətli terror aktı — Xeyli sayda yaralı var - YENİLƏNİR

London metrosunda partlayış baş verib.

Rubrika.az "Ölkə.Az"a istinadən xəbər verir ki, London metrosunun yaşıl xəttinin bir hissəsi bağlanıb. Söhbət "Erls Kort" stansiyasından "Uimbildon" stansiyasına qədər olan ərazidən gedir.

Hazırda bu istiqamətdə qatarların hərəkəti dayandırılıb. Polis istintaqa başlayıb.

***

"Ölkə.Az" xəbər verir ki, bir çox sərnişin yanıq xəsarəti alıb. Bu barədə nüfuzlu "Reuters" və "The Sun" yayım orqanları məlumat verib.

Bildirilir ki, insident "Parsons-Qrin" stansiyasında baş verib. Polis əməkdaşları hadisə yerindədir. Sərnişinlər təxliyyə edilir.

İnsident nəticəsində xəsarət alanların dəqiq sayı bilinmir.

Rubrika.Az
Geri qayıt