Əsas Səhifə > Hadisə > AST Telmanın oğlu arvadını və iki uşağını atdı

AST Telmanın oğlu arvadını və iki uşağını atdı


16-09-2017, 16:12
AST Telmanın oğlu arvadını və iki uşağını atdı

"Çerkizovski" bazarının köhnə sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılov vətəndaş nikahında olduğu həyat yoldaşı və iki azyaşlı uşağını pulsuz və evsiz qoyub.

Rubrika.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı 360tv.ru jurnalı yayıb. Məlumatda bildirilir ki, qadın məhkəmə vasitəsilə Sərxan İsmayılovun onları maddi cəhətdən təmin etməsini istəyir.

İddiaya görə, 2015-ci ildə Telman İsmayılovun biznesində problemlər yarananda Sərxan həyat yoldaşı Yekaterinaya daha kiçik mənzilə daşınmağı təklif etsə də, sonradan uşaqları da götürərək evi tərk edib və yalnız 4 aydan sonra uşaqları geri qaytarıb.

Rubrika.Az
Geri qayıt