Əsas Səhifə > Hadisə > Qazaxda qadın özünü körpüdən atdı
Qazaxda qadın özünü körpüdən atdı16-09-2017, 17:22 |
|
Qazax rayonunda qadın özünü körpüdən atıb. Rubrika.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun "Dəmiryolu körpüsü" adlanan ərazisində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Rayonun SU-15 qəsəbəsi sakini, 37 yaşlı Yusibova Nəsibə Cavanşir qızı intihar etmək məqsədi ilə özünü körpüdən atdığı bildirilib. Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alaraq Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər. N.Yusibovanın özünü körpüdən atmasının səbəb hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |