Əsas Səhifə > Hadisə > Azərbaycan və Türkiyə hərbi pilotlarının təlimləri başladı - FOTO
Azərbaycan və Türkiyə hərbi pilotlarının təlimləri başladı - FOTO18-09-2017, 11:13 |
|
Sentyabrın 18-dən ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2017" birgə taktiki-uçuş təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək. RUBRİKA.AZ Geri qayıt |