Əsas Səhifə > Hadisə > Leyla Şıxlinskaya məhkəmədə ifadə verdi

Leyla Şıxlinskaya məhkəmədə ifadə verdi


18-09-2017, 14:58
Leyla Şıxlinskaya məhkəmədə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülşən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

RUBRİKA.AZ-ın APA-ya istinadən məlumatına görə, iclasda zərərçəkmiş şəxs qismində "Leyla Şıxlinskaya" klinikasının rəhbəri Leyla Şıxlinskaya ifadə verib. O, dəymiş ziyanın ödənilməsini istəyib.

İclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Proses sentyabrın 22-də davam edəcək.

RUBRİKA.AZ
Geri qayıt