Əsas Səhifə > Müsahibə > Edvard Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi - SENSASİON BƏYANAT

Edvard Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi - SENSASİON BƏYANAT


19-09-2017, 10:06
Edvard Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi - SENSASİON BƏYANAT

Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib.

Rubrika.Az Virtualaz.org-a istinadən xəbər verir ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - o bildirib.

Rubrika.Az
Geri qayıt