Əsas Səhifə > Media > Mikayıl Cabbarova yeni vəzifə verilir

Mikayıl Cabbarova yeni vəzifə verilir


20-09-2017, 11:47
Mikayıl Cabbarova yeni vəzifə verilir

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, qurumun I vitse-prezidenti Yaşar Məmmədov bildirib ki, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.

M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.

Rubrika.Az
Geri qayıt