Əsas Səhifə > Hadisə > Ermənistanın Rusiya münasibətlərinin gələcəyi nədir? - ANALİTİKA
Ermənistanın Rusiya münasibətlərinin gələcəyi nədir? - ANALİTİKA22-09-2017, 11:23 |
![]() Türkiyədə ermənicə nəşr olunan “Aqos” qəzetindən Ermənistanla bağlı ilginc material Paris Science Po Universitetində və İngiltərədəki London School Of Economics-də təhsilini davam etdirən Salih İşık Bora Ermənistan-Rusiya əlaqələrinə aid maraqlı analitik təhlil hazırlayıb və 14 avqust 2017-ci ildə Avrasiya Tədqiqatlar Mərkəzinin saytında dərc etdirib. Maraqlısı budur ki, Türkiyədə ermənicə nəşr olunan “Aqos” qəzeti də sözügedən yazıya önəm verərək, müəllifin icazəsi ilə materialı tam şəkildə dərc edib. Musavat.com “Ermenistan-Rusya ilişkilerinin geleceği ne?” sərlövhəli həmin analitik yazını Azərbaycan türkcəsində diqqətinizə çatdırır. Hesab edirik ki, bu yazıda analitiklərin və siyasi texnoloqların diqqətə alacağı çox mühüm məqamlar var: 2013-cü ilin sentyabrında Vladimir Putin, Rusiya Xəzər Dəniz Donanmasının müşayiəti ilə Bakını ziyarət etdi. Həmin ayda Ermənistan prezidenti Moskvada verdiyi açıqlamada, ölkəsinin Avropa Birliyi ilə əməkdaşlıq müqaviləsi imzalamaq əvəzinə, Gömrük Birliyinə qatılacağını açıqladı. Bu və bunun kimi bir çox hallarda Rusiyanın Ermənistan üzərində təhlükəsizlik baxımından inkaredilməz təsiri sübut olunub. Gümrüdəki hava hücumundan müdafiə qüvvəsi və 2016-cı ilin dekabrında qurulan ortaq hərbi birləşmənin sayəsində Rusiyanın Ermənistandakı əsgəri varlığı çox geniş şəkildə əksini tapıb. Rusiya, xüsusilə Türkiyə və Azərbaycana qarşı Ermənistanın sərhədlərini qorumaq öhdəliyini üzərinə götürüb. Digər tərəfdən, Ermənistanın siyasi elitasının Rusiyadan asılılığı yalnız xarici təhlükələrlə məhdudlaşmır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində, daxili qeyri-sabitlik vəziyyətində “sürətli reaksiya gücü”səlahiyyətinə malikdir. Beləcə, Ermənistan hakimiyyətinin müxalif bir üsyanın qarşısını almaqda aciz olduğu durumda Rusiya Ermənistana silahlı dəstək verə bilər. Ancaq bu ortaqlıq sadəcə Ermənistanın maraqlarını və geosiyasi seçimlərini şəkilləndirmir. Hətta bir çox iqtisadçının iddia etdiyi kimi, Rusiya ilə və onun Gömrük Birliyi ilə olan əlaqələrin Ermənistana fayda verəcəyini söyləmək çətindir. Ermənistanın AB ilə əməkdaşlıq müqaviləsi müzakirələrindən çəkilməsi də göstərir ki, Rusiya Ermənistana qarşı əlindəki kozırları istifadə etməkdən çəkinmir. Bu kozırlar sadəcə təhlükəsizliklə bağlı öhdəlikləri ləğv etməklə məhdudlaşmır; bundan əlavə, Rusiyada çalışan ermənistanlı işçilərin valyutalarını blok etmək, təbii qazın qiymətlərini artırmaq və hətta rejim dəyişikliyini dəstəkləmək də bu kozırlara daxildir. Ermənistan bir çox səviyyələrdə Rusiyaya inteqrasiya olunmuş durumdadır; ölkənin bir çox telekommunikasiya, enerji sektoru rus şirkətlərinin nəzarəti altındadır. Rusiyanın aparıcı şirkətlərindəki texnokratlar adətən, güclü mövqelərə yüksəlirlər. İllərdir “Qazprom”un idarəçisi olaraq çalışan Karen Karapetyanın yeni baş nazir olaraq seçilməsi bu duruma bir nümunədir. Əslində, Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı elə bir miqyasdadır ki, Qərb sanksiyalarının belə bir niyyət olmasa belə, dağıdıcı təsirləri var. Rusiyanın qərar qəbul edən mexanizmlərinə yaxın fiqurlar, Rusiya-Ermənistan əlaqələrində bu kozırların nə qədər önəmli olduğunu açıqca etiraf edir. Xüsusilə də Aleksandr Duqinin bu sözləri durumu aydınladır: “Keçmiş Sovet ölkələrindəki rus əleyhinə düşüncələr gec, ya tez Gürcüstandakı, ya da Ukraynadakı nəticələri verir. Ermənistan üçün bir alternativ var: Gömrük Birliyi üzvlüyü, ya da qətliam və xəritədən silinmə. Bundan əlavə, 2008-ci ildə Gürcüstana qarşı hərbi müdaxilə, Rusiyanın lazım gəldikdə hərbi qarşıdurmadan geri durmayacağına dair açıq mesajıdır. Rusiyaya güvənmək, ya güvənməmək? Ermənistan, üzərindəki bu təsirə rəğmən, keçmiş Qərb başda olmaqla digər diplomatik əlaqələri də qurmaq niyyətindədir. 2016-cı ilin aprelində Qarabağ qarşıdurmasının qızışdığı dönəmdə Rusiya Ermənistanın maraqlarını əvvəlki qarşıdurma dönəmlərində olduğu kimi dəstəkləməkdən imtina etdi. Azərbaycana silah satışında da artım oldu. Nəticədə artıq Rusiya Ermənistanın təhlükəsizliyinə tam olaraq etimad ediləcək qarant deyil. Bunun bir sıra səbəbləri də ortada: Qərblə yaxın münasibətləri təmin edəcək iqtisadi gözləntilər Rusiya ilə müqayisəedilməyəcək dərəcədə yaxşıdır və ictimai əhəmiyyətlidir. Ancaq Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyadan gözlənilən dəstəyin gəlməməsi səbəbindən daha çox Qərbyönümlü siyasətə meyl edir. Ermənistan dövlət başçısının NATO-nun baş katibi Yens Stoltenberqlə 2017-ci ilin fevralında keçirdiyi toplantı, 2017-ci ilin iyulunda Gürcüstanda keçirilən NATO təlimlərinə Ermənistanın qatılması və AB ilə yeni və daha az ehtiraslı bir ticarət anlaşmasının imzalanacağını açıqlaması, gerçək bir geosiyasi keçid dəyişikliyinin olacağı ehtimalı olduqca aşağı olmaqla yanaşı, Ermənistanın Qərblə əlaqələrinin inkişafı mövzusunda istəkli olduğunu göstərir. Bununla yanaşı, Ermənistan Rusiyanın bezdirici təsirinin əngəllənməsinin yollarını aramağa davam edəcək. İranla yaxınlaşma Ermənistanın yaxınlıq etdiyi başqa bir aktyorsa, İrandır. Hətta İslam Cümhuriyyəti, Ermənistanı Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri, müxtəlif səbəblərlə əlaqədar dəstəklədi. İranın şimal-qərbindəki Azəri azlıq (görünür, müəllif məlumatsızdır, 35-40 milyonluq əhaliyə “azlıq” yazır. Üstəlik də İran türkləri “azəri” ifadəsini birmənalı rədd edir-red.), Azərbaycanın müstəqilliyini elan etməsindən bəri təhlükə olaraq görüldü. Daha da önəmlisi budur ki, Azərbaycan İsrailin bölgədəki ən yaxın müttəfiqidir və iranlı rəsmi şəxslər dəfələrlə Azərbaycanın hava sahəsini, İranın nüvə obyektlərini vurmaq istəyən İsrail qırıcılarına aça biləcəyini iddia edib. Bunun qarşılığında Azərbaycan da İranı radikal islamçı təşkilatları dəstəkləməkdə və dünyəvi respublikanın sabitliyini pozmağa çalışmaqda ittiham edib. İran mövcud durumda Ermənistanla yaxınlıq axtarışındadır. Bunu da İranın Cənubi Qafqazda artan varlığını bir təhlükə olaraq qəbul edən, Ermənistanın müttəfiqi Rusiyanın xətrinə dəyməmək üçün yavaş-yavaş edir. Azərbaycana təhdid kimi İran təbii qaz ehtiyatlarının bir hissəsini Ermənistan vasitəsilə Avropaya ötürmək niyyətindədir. Son olaraq, Rusiyanın etirazlarına rəğmən 3,7 milyard dollarlıq dəmiryolu anlaşması masaya qoyulub. Nəticədə Ermənistan diplomatik əlaqələrini çeşitləndirmə və Rusiyadan olan asılılığını azaltmaq axtarışındadır. Ancaq ölkənin bunu geniş çaplı bir şəkildə gerçəkləşdirmə imkanı yoxdur. Ordu ilə yanaşı, siyasi elita da Rusiyanın yanındadır və bu ittifaq olmasa, güclərini davam etdirmələri mümkün olmaz. Bununla bərabər, NATO Ermənistanla müsbət və xoşməramlı şərtlər daxilində mümkün olandan artıq işbirliyi qurmağa çalışır. Cənubi Qafqaza AB təsirləri Erməni diasporunun lobbi fəaliyyətlərinin ABŞ Konqresindəki aktiv rolu və Rusiyanın Qafqaz üzərindəki hakimiyyətini tanıma mövzusundakı istəksizliyi üzərində dayanan qısamüddətli faktorlar. Ümumiyyətlə, belə hesab olunur ki, gələcəkdə Ermənistan ola bilər NATO ilə məhdud əməkdaşlığını davam etdirsin, digər tərəfdən də Rusiyanın təsir sahəsi daxilində qalsın. Ancaq yaxın və ya uzaq gələcəkdə vəziyyət dəyişə bilər. Bəzi analitiklərin iddia etdiyi kimi Cənubi Qafqaz yolu üzərindən Avropa ticarətinin artması Qərbyönümlü Gürcüstanı təşviq edə bilər və Azərbaycanı neytral hala salmaqla Ermənistanı da bəlli bir dərəcədə qədər Rusiyadan uzaqlaşdıra bilər. İrana qarşı embarqonun sona yetməsi və onun beynəlxalq bazara inteqrasiya etməsi Qafqaz boyunca ticarəti qüvvətləndirə bilər və beləcə bölgədə Avropa və İran varlığının artmasına səbəb olar. Əgər nüvə anlaşması pozulmadan qalarsa və aralarındakı anlaşma orta müddətdən uzun müddətədək uzadılarsa, Avropa Birliyi və İran Rusiyanın Cənubi Qafqazdakı təsirini əngəlləmək üçün birlikdə çalışa bilər. Çin də dövriyyədə Bu günlərdə Rusiya bölgədə özünün daxil olmadığı infrastruktur layihələrinin qarşısını almağı hədəfləyir. Azərbaycanın da daxil olduğu və bitmək üzrə olan Trans Anadolu dəmiryolu və boru xətti iki ölkə arasında bir gərginlik qaynağı oldu. Dağlıq Qarabağ münaqişəsinin davamı Rusiyanın da maraqlarına uyğundur; çünki bu qarşıdurma səbəbilə davam edən qeyri-sabit vəziyyət Cənubi Qafqaza dünyanın digər bölgələri ilə əlaqə qurmağa əngəldir, xüsusilə də Moskvaya İrəvan və Bakı qarşısında kozır saxlayır. Cənubi Qafqaz üçün bir başqa açar deyərkən Çini Avropaya bağlayan, inkişaf etmiş bir infrastruktur olan “Bir Nəsil Bir Yol” təşəbbüsüdür. Əgər Şərqi Asiya və Avropa arasındakı ticarətin önəmli bir hissəsi Cənubi Qafqaz üzərindən ediləcəksə, getdikcə artan sayda “oyunçu” bölgədə rol alacaq; beləcə Rusiyanın bölgədəki təsir sahəsi iddiası daha da çətinləşəcək. Doğrudan da Çin bir müddətdir bölgəyə investisiya qoyuluşunu artırıb və belə görünür ki, bu tendensiya davam edəcək. Ermənistan son illərdə Qərbə açılmasına baxmayaraq, Rusiyanın təsir dairəsində qalmaqdan başqa bir seçimi yoxdur. Rubrika.Az Geri qayıt |