Əsas Səhifə > Manşet > Fərzəli Qədirov üçün SONUN BAŞLANĞICI

Fərzəli Qədirov üçün SONUN BAŞLANĞICI


25-09-2017, 00:15
Fərzəli Qədirov üçün SONUN BAŞLANĞICI

Misir Mərdanov və Mikayıl Cabbarovun “yaxın kadrı” və yaxud Fərzəli Qədirovun hansı müsbət xüsusiyyətləri yeni naziri qane etdi?

Təhsil sistemində kadrların işə qəbulu, yerdəyişməsi sahəsində baş verən qanunsuzluqlar hər zaman müzakirə obyekti olub. Uzun illər bu sahədə hökm sürən özbaşnalıqların acı nəticələri artıq özünü göstərməkdədir. Təsadüfi deyil ki, yaranmış vəziyyətdən çıxış yolları axtaran Təhsil Nazirliyi müxtəlif tədbirlərə əl atsa da, hələ ki, vəziyyəti düzəltmək mümkün olmayıb. Ümumtəhsil məktəblərində aparılan yoxlamalar uzun illər kadrların işə qəbulu sahəsində bazar qanunlarının işlədiyini üzə çıxarıb.

Gənc və perespektivli kadr kimi nazir postuna təyin olunan Mikayıl Cabbarov öz komandasını Təhsil Nazirliyinə gətirsə də ( bu kadrların necə işləməsi, hansı kriteriyalarla nazirliyə gətirilməsi başqa araşdırmanın mövzusudur ), eks nazir Misir Mərdanova xüsusi yaxınlığı ilə seçilən bəzi məmurlar da öz mövqelərini qoruyub saxlaya bildilər.

Rubrika.az xəbər verir ki, nazirlikdə yeni dönəmdə nəinki mövqelərini qoruyan, hətta bir qədər də möhkəmlədən Fərzəli Qədirov zaman-zaman medyanın diqqət mərkəzində olub. Əlbəttə, bu diqqət Qədirovun heç də yaxşı məmur karyerasından yox, daha çox korrupsioner və qaranlıq əməllərindən qaynaqlanıb. Lakin, bu qədər tənqidlərə məruz qalmasına baxmayaraq Mikayıl Cabbarov ona toxunmayıb, əksinə daha çox “etimad” göstərib. F.Qədirovun hansı xüsusiyyətlərinin yeni naziri qane etməsi çox maraqlı suallar doğurur.

Qeyd edək ki, F. Qədirov Misir Mərdanovun bir nömrəli kadrı hesab olunur və onun karyera yüksəlişi də məhz eks nazirin dönəmində baş verib. Mərdanovun dönəmində sıravi rus dili müəllimlıyindən kosmik sıçrayışla Nazirliyin ən məsul və aparıcı şöbəsi olan “Kadrların İdarə olunması, Strateji təhlil və planlaşdırma” şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. Bir müddət Baki şəhəri üzrə Təhsil idarəsinin müdirini əvəzləyib, paytaxt təhsilinin idarə olunmasında və kadr siyasətində əsa fiqura çevrilib.Yeni nazirin kadr dəyişıklikləri də ondan yan keçıb, aparat rəhbərinin müavini postuna qədər yüksəlib.

Bu müddət ərzində vəzıfə səlahiyyətlərindən və sabiq nazirə xüsusi yaxınlığından istifadə edərək ibtidai sinif müəllimi olan həyat yoldaşını Bakının mərkəzi və nüfuzlu məktəblərindən birinə (164) direktor təyin etdirib.Həmin məktəb “İlin ən yaxşı məktəbi” nominasiyası üzrə qalib elan edilib.Məktəbin onlarla müəlliminə “İlin ən yaxşı müəllimi” və digər fəxri adlar verilib.Misir Mərdanovun himayədarlığı ilə özü “Əməkdar müəllim” adı və “Dövlət qulluğunda fərqlənmə Nişanı” ilə təltif olunub.Oğlunun 473 balla (klassik qiymətləndirmədə 3,4) elə anasının direktor olduğu məktəbdən qızıl medala təqdim olunması ilə bağlı qalmaqal uzun müddət gündəmdən düşməyib.Bir sözlə, özünün və doğmalarının karyera yüksəlişi onun amalının əsas qayəsinə çevrilib.

Məlumdur ki, uzun illər bütün ümumtəhsil məktəblərinə müəllim kadrların seçilməsi və yerləşdirilməsi bilavasitə F. Qədirovun rəhbərliyi ilə həyata keçirilib. Bu zaman hansı özbaşnalıqların, korrupsiya mexanizminin işləməsini isə hətta təhsil sisteminə aidiyyatı olmayanlar belə yaxşı bilirlər. Bu sahədə o qədər neqativ hallar müşahidə olunub ki, nazirlik məcbur olaraq vəziyyətə müdaxilə etməyə qərar verib.

Rubrika.az-a daxil olan məlumata görə F. Qədirov haqqında şikayətlər pik həddə çatıb. Onun keçmiş və indiki nazirin dövründəki “xidmətləri” araşdırılıb və əfv olunması mümkün olmayan faktlar ortaya çıxıb. Hətta, onun həbs olunması belə istisna edilmir. Bütün nazirlərin “yaxın”I olmağı bacaran F.Qədirovun təhsil sistemindən uzaqlaşdırılacağı gün deyəsən uzaqda deyil.

Məsələni diqqətdə saxlayacağıq.

AQŞİN
Rubrika.az

Geri qayıt