Əsas Səhifə > Qanun, Manşet > Prezident İlham Əliyev milli komandamızın oyununu izlədi - FOTOLAR

Prezident İlham Əliyev milli komandamızın oyununu izlədi - FOTOLAR


25-09-2017, 09:22
Prezident İlham Əliyev milli komandamızın oyununu izlədi - FOTOLAR

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.

Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.

Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb. Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub edib. Azərbaycan prezidenti komandamızın qələbəsini alqışlayıb. Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Milli komandamız qrup mərhələsinin sonuncu oyununda Almaniya yığması ilə qarşılaşacaq.

Prezident İlham Əliyev milli komandamızın oyununu izlədi - FOTOLAR
Prezident İlham Əliyev milli komandamızın oyununu izlədi - FOTOLAR
Prezident İlham Əliyev milli komandamızın oyununu izlədi - FOTOLAR
Prezident İlham Əliyev milli komandamızın oyununu izlədi - FOTOLAR

Rubrika.Az
Geri qayıt