Əsas Səhifə > Müsahibə, Manşet > Mədət Quliyev: "Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb, İŞİD-ə qoşulublar"
Mədət Quliyev: "Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb, İŞİD-ə qoşulublar"25-09-2017, 10:13 |
![]() Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. İnanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib. M.Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: “Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir”. Rubrika.Az Geri qayıt |