Əsas Səhifə > Tənqid > "Kəhriz" kəllə qəndi qəsdimizə durub? - "Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır?"

"Kəhriz" kəllə qəndi qəsdimizə durub? - "Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır?"


27-09-2017, 12:56
"Kəhriz" kəllə qəndi qəsdimizə durub? - "Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır?"

"Keyfiyyətli kəllə qənd tapmaq çox çətindir. Bir neçə həftə bundan öncə “Kəhriz” kəllə qəndindən almışdım. 150 qramlıq qablaşmanı açdıqda baxan kimi bildim ki, bu da istədiyim keyfiyyətdə kəllə qənd deyil.

Rubrika.Az xaıqxeber.az-a istinadən bildirir ki,qəndlərin rəngi solğun, dadları isə ümumiyyətcə xoşuma gəlmədi. Çox bərk idilər, şirinlikləri də az idi. İstehsalçılar Maştağa qəsəbəsində istehsal olunan bu qəndlərin keyfiyyətinə diqqət yetirsələr çox yaxşı olardı. Almağı məsləhət görməzdim". Bunu "Facebook" istifadəçilərindən biri yazıb. Amma bu da müştəri narazılığının tam ifadəsi deyil.
Redaksiyamıza yazan Bakı sakini bildirir ki, Yasamal ərazisində yerləşən çayxanalrın birində onlara belə qənd təklif olunub. Çayxana işçilərinə etiraz olunanda isə onlar "Kəhriz" qəndi olduğunu və Yasamaldakı marketlərin birindən aldıqlarını deyiblər. Narazı vətəndaş yazır: "Nədən bu istehsalçılara kimsə nəzarət etmir? Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır? Deməli, onlar bizi istədikləri vaxt zəhərləyə də bilərlər".

Rubrika.Az
Geri qayıt