Əsas Səhifə > Hadisə > DYP əməkdaşı Bakının mərkəzində tələbə qızı maşınla vurdu
DYP əməkdaşı Bakının mərkəzində tələbə qızı maşınla vurdu28-09-2017, 14:30 |
|
Bu gün saat 13:00 radələrində paytaxtda Azərbaycan Neft və Sənaye Universitetinin yaxınlığında Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 316 dövlət nömrə nişanlı avtomobil tələbə qızı vurub. Rubrika.Az "sherg.az"-a istinadən xəbər verir ki, saytın əməkdaşı hadisənin şahidi olub. O bildirib ki, DYP əməkdaşı əks yolla hərəkət edərək qoşa xətti tapdalayıb və yolu keçmək istəyən tələbəni vurub: “Tələbənin vəziyyəti ağır idi. Onu taksiyə qoyub xəstəxanaya apardılar. DYP isə həmin taksinin arxasınca getdi”. Rubrika.Az Geri qayıt |