Əsas Səhifə > Mədəniyyət > Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib
Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib29-09-2017, 16:15 |
![]() Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dəfn edilib. Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən vida mərasimindən sonra I Fəxri xiyabanda torpağa tapşırılıb. Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Rubrika.Az Geri qayıt |