Əsas Səhifə > Dünya > Soçidə Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər
Soçidə Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər4-10-2017, 17:53 |
|
Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı “Xarici işlər nazirlərinin Soçi görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənilirmi” sualına cavabında deyib. Lakin o bildirib ki, bunu dəqiqləşdirmək lazımdır: “Belə bir müzakirənin keçirilməsi istisna deyil, amma dəqiqləşmə tələb edir. Mən dəqiqləşdirəcəyəm”. Qeyd edək ki, MDB ölkələri xarici işlər nazirlərinin görüşü oktyabrın 10-da keçiriləcək. RUBRİKA.AZ Geri qayıt |