Əsas Səhifə > Hadisə > Prezidentin Qarabağ mesajı: müzakirə formatı dəqiqləşir
Prezidentin Qarabağ mesajı: müzakirə formatı dəqiqləşir5-10-2017, 15:30 |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Dağlıq Qarabağ məsələsinə toxunarkən Ermənistanın danışıqlar prosesinə qayıtmasını vurğulaması çox önəmli faktdır. Bu sözləri açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. Millət vəkili bildirib ki, görünür, ölkə başçısı danışıqlar formatının bərpa olunmasına dair mesajları mühüm əsaslara arxalanaraq verib: “Ancaq prezident onu da vurğuladı ki, danışıqların bərpa olunması bir imkandır. Çünki ermənilər daim danışıqlardan boyun qaçırırlar. İndi əsas məsələ bu prosesin sınaqdan keçməsidir. Prezidentlərin qarşıda gözlənilən görüşü isə həmsədrlərin reigona səfərindən asılı olacaq. Çünki doğurdan da hələlik gündəlik müəyyənləşməyib. Həmsdərlərin regiona səfərindən sonra xarici işlər nazirləri görüşüb gündəliyi məqbul şəkildə təqdim etdiyi halda, bəli, belə bir görüş baş tuta bilər. Ancaq hələ bu məsələ də açıq qalır”. Rubrika.Az Geri qayıt |