Əsas Səhifə > Hadisə > Minsk qrupunun həmsədrləri Bakıya gəldi

Minsk qrupunun həmsədrləri Bakıya gəldi


7-10-2017, 10:18
Minsk qrupunun həmsədrləri Bakıya gəldi

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Bakıya gəliblər.

Həmsədrlər Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəklər.

Qeyd edək ki, dünən həmsədrlər Ermənistanda olublar. Onlar burada Ermənistan Prezidenti Serj Sərkisyanla görüşüblər. Görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri olub.

Rubrika.az
Geri qayıt