Əsas Səhifə > Hadisə > Bakıda yük avtomobili yeniyetməni xəstəxanalıq etdi

Bakıda yük avtomobili yeniyetməni xəstəxanalıq etdi


14-10-2017, 12:10
Bakıda yük avtomobili yeniyetməni xəstəxanalıq etdi

Rubrika.Az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb

Belə ki, “99 JE 139” dövlət qeydiyyat nişanlı, “İsuzu” markalı yük avtomobili yolu keçən 2005-ci il təvəllüdlü İsmayılzadə Nihat Ədalət oğlunu vurub.
Yaralı yük avtomobili ilə xəstəxanaya gətirilib. Həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt