Əsas Səhifə > Dünya > Ərdoğan ABŞ-ı yalan danışmaqda ittiham etdi

Ərdoğan ABŞ-ı yalan danışmaqda ittiham etdi


14-10-2017, 13:50
Ərdoğan ABŞ-ı yalan danışmaqda ittiham etdi

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan ABŞ-ı yalan danışmaqda ittiham edir.

Rubrika.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Ərdoğan ABŞ rəsmilərinin yalan danışdığını bildirib. ABŞ rəsmiləri isə İstanbuldakı amerikan konsulluğunun həbs edilmiş əməkdaşı ilə görüşə bilmədiklərini deyiblər.

Ərdoğan deyib: "ABŞ bütün dünyaya yalan danışır. Onların əməkdaşı həbs edildikdən sonra heç kəs görüş tələb etməyib. Onlara sənəd lazımdır? Bunu XİN yox, məhkəmə verəcək".
Türkiyə prezidenti bildirib ki, özünü partnyor adlandıranların ikiüzlülüyü rəsmi Ankaranı ciddi şəkildə narahat edir: "Üz-üzə görüşdə onlar vəd edir və təminat verirlər. Amma arxamızda çirkin oyunlar qururlar və bu oyunları artıq gizlətmək mümkün deyil".

Rubrika.az
Geri qayıt